Çin şirkətinin nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkında olub
26 may,2023 16:54

Çinin V-FLO şirkətinin nümayəndəsi ilə iqtisadi zonalarda biznes layihələrinin həyata keçirilməsi imkanları müzakirələr edilib.

 

Mayın 26-da Çinin “V-Flo Group Group of Companies LTD” (V-FLO) şirkətinin icraçı direktoru Kinqston Venlə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

 

Görüşdə şirkət nümayəndəsinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı göstərilib.

 

Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, ünvanlanan suallar cavablandırılıb.

 

Sonda şirkət nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel və Polimer məmulatları zavodlarında gedən istehsal prosesləri ilə tanış olub.