Logistik imkanlar

Azərbaycan Respublikası Cənubi Qafqazda Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Ərazisi 86,6 min kv. km, əhalisi təqribən 10 milyon nəfərdir. Paytaxtı Bakı şəhəridir. Əsas sənaye şəhərləri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və s. dir.

 

Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan, qərbdə və cənub-qərbdə ilə Ermənistan, qərbdə Türkiyə və cənubda İranla həmsərhəddir. Xəzər dənizi sektorunda Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə sərhədə malikdir.

 

Azərbaycanın dünyanın 159 ölkəsi ilə, o cümlədən bütün qonşu olkələrlə (Ermənistan xaric - Ətraflı) ikitərəfli diplomatik münasibətləri mövcuddur. Eyni zamanda, Azərbaycan dünyanın 195 ölkəsi ilə xarici ticarət əməliyyatları aparır (2019).

 

Beləliklə, Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini şərtləndirən əsas amillər aşağıdakılardır:

 

  • Əlverişli coğrafi mövqe
  • Logistik imkanlar
  • Siyasi sabitlik
  • Xarici ölkələrlə diplomatik və ticari münasibətlər
  • Əlverişli investisiya mühiti