Əlaqə bölməsindən qeyd olunmuş ünvana elektron və ya yazılı məktubla müraciət edə bilərsiniz.
Sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında yalnız torpaq sahələri uzun müddətli icarəyə verilir.
Sənaye parklarında idxal olunan xammal üçün hər hansı bir imtiyaz mövcud deyil.
Vergi imtiyazları hüquqi/fiziki şəxslərin sənaye parklarında rezident kimi qeydiyyata alındığı tarixdən etibarən hesablanır.
Rezidentlərə dair məlumatı, o cümlədən əlaqə məlumatlarını burdan əldə edə bilərsiniz.
İqtisadi Zonaların İnkişafı Agentliyi Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Hacıqabul, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının, Masallı, Neftçala və Sabirabad sənaye məhəllələrinin, həmçinin 51 aqroparkın idarəedici təşkilatıdır. Agentlik tərəfindən istehsalat fəaliyyəti həyata keçirilmir.
Sumqayıt Kimya Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri
Pirallahı Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri
Qaradağ Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri
Mingəçevir Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri
Ağdam Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri
Sumqayıt Kimya Sənaye Parkında əsas istiqamətlər kimya, neft-kimya, maşınqayırma, tikinti materialları, metallurgiya, elektrotexnikadır.
Mingəçevir Sənaye Parkında əsas istiqamət tekstil və yüngül sənaye sahəsidir.
Qaradağ Sənaye Parkında əsas istiqamət gəmiqayırmadır.
Pirallahı Sənaye Parkında əsas istiqamət əczaçılıq, qida sənayesi və qablaşdırmadır.
Ağdam Sənaye Parkında əsas istiqamət tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalıdır.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında əsas istiqamət logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılmasıdır.
Sənaye parklarında ölkə üzrə tətbiq olunan enerji tarifləri tətbiq olunur. Daha ətraflı bu keçiddən tanış ola bilərsiniz.
Sənaye parklarında minimum investisiya üçün məhdudiyyət müəyyən edilməmişdir.
Torpaq icarə haqqı (illik):
Sumqayıt Kimya Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 1600 manat ikinci hektar və daha yuxarı isə 3200 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 8000 manat, 0.5 hektar ərazi üçün 800 manat təşkil edəcəkdir.)
Pirallahı Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 2000 manat ikinci hektar və daha yuxarı isə 4000 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 10 000 manat, 0.5 hektar ərazi üçün 1000 manat təşkil edəcəkdir.)
Mingəçevir Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 800 manat ikinci hektar və daha yuxarı isə 1600 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 4000 manat, 0.5 hektar ərazi üçün 400 manat təşkil edəcəkdir.)
Qaradağ Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 2000 manat ikinci hektar və daha yuxarı isə 4000 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 10 000 manat, 0.5 hektar ərazi üçün 1000 manat təşkil edəcəkdir.)
Ağdam Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 800 manat ikinci hektar və daha yuxarı isə 1600 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 4000 manat, 0.5 hektar ərazi üçün 400 manat təşkil edəcəkdir.)
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 400 manat ikinci hektar və daha yuxarı isə 800 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 2000 manat, 0.5 hektar ərazi üçün 200 manat təşkil edəcəkdir.)
Xidmət haqqı (aylıq):
Hər bir hektara görə aylıq xidmət haqqı ƏDV xaric 1700 manat təşkil edir.
Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında torpaq sahələri dövlət mülkiyyətindədir və rezidentlərə müqavilə əsasında uzunmüddətli icarəyə verilir.
Biznes plana dair ümumi tələblərlə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz.
İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər də tətbiq edilir.
Belə ki, əlavə güzəştlərə:
- Sosial sığorta haqlarının subsidiyalaşdırılması;
- İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət verilməsi;
- İş icazələrinin alınmasının sadələşdirilməsi;
- Əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir.
Həmçinin işğaldan azad edilmiş ərazidə fəaliyyət göstərəcək sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunurlar.