Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində 9 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax Pilot Aqropark və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.
Agentliyin başlıca missiyası sənaye zonalarında yüksək rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaqdır.
Sənaye parklarının rezidentlərinə gömrük güzəştləri və vergi imtiyazları tətbiq olunur. Onlar mənfəət, əmlak, torpaq vergisindən 10 il azad fəaliyyət göstərirlər. Həmçinin, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından 10 il müddətinə azaddırlar.
İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında publik şəxs kimi yaradılıb.
2021-ci il 21 dekabr tarixli 1506 nömrəli fərman ilə Agentliyin nizamnaməsi təsdiq edilib.