Ölkəmizdə ilk dəfə dibdərinləşdirən gəmi istehsal ediləcək
1 iyun,2023 16:06

Azərbaycanda gəmi istehsalının genişləndirilməsi sahəsində Niderland şirkəti ilə saziş imzalanıb.

 

Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Niderlandın “Damen Shipyards Gorinchem B.V.” şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.

 

Sənədin icrası ilə Bakı Gəmiqayırma Zavodunda “Damen Shipyards Gorinchem” şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxması üçün əhəmiyyətli olacaq.