İZİA-nın Peşə Təhsil Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib
17 mart,2023 17:15

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edənlər bayram münasibətilə Mərkəzin müəllim-tələbə heyətini təbrik ediblər, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini vurğulayıblar. 

 

Şənlikdə tələbələrin təqdimatında Novruz bayramına həsr olunan müxtəlif musiqilər səsləndirilib, rəqslər və səhnəciklər nümayiş etdirilib.