Ağdam Sənaye Parkının rezidenti “Rebuild Karabakh 2022” sərgisində iştirak edir
20 oktyabr,2022 11:33

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya və Ağdam sənaye parklarının rezidentləri II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində iştirak edirlər.

 

Belə ki, Ağdam Sənaye Parkının rezidenti “Vəliev” MMC Rebuild Karabakh sərgisində öz stendi ilə təmsil olunur. Stenddə şirkət tərəfindən Ağdam Sənaye Parkında istehsal olunacaq məhsullara dair nümunələr sərgi iştirakçılarına nümayiş etdirilir.

 

Eyni zamanda sözügedən sərgidə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “STP” MMC, “Azertexnolayn” MMC, “Kartaş Kimya” MMC (Mr.Fix) və İnşaat Kimyəviləri Zavodu da öz stendləri ilə təmsil olunurlar. 

 

Qeyd edək ki, “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi 21 oktyabradək öz işini davam etdirəcək.