Azad ticarət imkanları
Azərbaycan Respublikasının aşağıdakı dövlətlərlə ikitərəfli Azad Ticarət Sazişləri mövcuddur:
- Rusiya Federasiyası
- Gürcüstan
- Qazaxıstan Respublikası
- Ukrayna
- Belarus Respublikası
- Özbəkistan Respublikası
- Türkmənistan
- Qırğız Respublikası
- Moldova Respublikası
- Tacikistan Respublikası
Bundan əlavə, GUAM iştirakçısı olan dövlətlər (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) arasında çoxtərəfli Azad Ticarət Sazişi mövcuddur.
Azad Ticarət Sazişlərinin əsas üstünlükləri aşağıdakılardır:
- Sazişin bir tərəfinin gömrük ərazisinə aid olan və digər tərəfin gömrük ərazisi üçün nəzərdə tutulmuş malların ixrac və idxalı üçün gömrük rüsumlarının və ona ekvivalent ödənişlərin olmaması;
- Kvota və digər kəmiyyət məhdudiyyətlərinin tətbiqindən yayınmaq haqqında tərəflərin öhdəlikləri;
- Ayrıseçkilik əleyhinə olan milli rejim və ən əlverişli ölkə rejiminin tətbiqini nəzərdə tutan qaydalar;
- Tranzitin azad şəkildə həyata keçirilməsi;
- Malların mənşəyinin müəyyən edilməsi üzrə xüsusi qaydaların mövcud olması.