Kadr hazırlığı
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi tərəfindən sənaye müəssisələri üçün yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilir.
Hazırda Mərkəzdə aşağıdakı ixtisaslar üzrə tələbə hazırlığı aparılır:
- Veb dizayner və proqram təminatı;
- Qrafik dizayner;
- Sənaye və mülki binalarda elektrik elektrik avadanlıqlarının quraşdırılması və texniki istismarı;
- Avtomatika sistemlərinin istismarı;
- Alternativ enerji qurğu və avadanlıqlarının istismarı;
- Elektronika və kommunikasiya texnologiyaları üzrə texnik;
- Kompüter sistemlərində proqramlaşdırma;
- İnformasiya və kommunikasiya texnologiyaları üzrə texnik;
- Avtomatika üzrə usta;
- İsitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis;
- Elektrik qaz qaynaqçısı;
- Proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı;
- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru.