Ağdam Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edir
4 iyun,2025 17:20

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Bafco Invest” MMC Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən AOSH Expo 2025 sərgisində öz stendi ilə təmsil olunur.

 

İştirakçılar tərəfindən maraqla qarşılanan stenddə şirkətin istehsal etdiyi məhsullara dair nümunələr nümayiş etdirilir. Sərgi 6 iyun tarixinədək davam edəcək.

 

Qeyd edək ki, “Bafco Invest” MMC Ağdam Sənaye Parkında qoruyucu işçi ayaqqabı və poliuretan çəkmələrin istehsalı ilə məşğuldur.