- Ana Səhifə
- Media
- Xəbərlər
- “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib
Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir, Parkın artıq 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 16 rezidenti və 2 qeyri-rezidenti var. Bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 1 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər davam etdirilir.