AZƏRTAC Ağdam Sənaye Parkının rezidenti "BAFCO İnvest" MMC barədə reportaj hazırlayıb
7 avqust,2026 17:33

AZƏRTAC Ağdam Sənaye Parkının rezidenti "BAFCO Invest" MMC haqqında reportaj hazırlayıb.

 

Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 300 milyon manatadək olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. İnvestorlar tərəfindən sənaye parkına 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb.

 

Hazırda parkda 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir, 10 müəssisənin isə layihələndirilməsi işləri görülür.

 

2026-cı ilin yanvar-iyun ayları ərzində sahibkarlar tərəfindən 976 milyon manat dəyərində məhsul satışı edilib. 42 milyon manatlıq məhsul ixrac olunub.