Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
22 sentyabr,2025 17:34

Sentyabrın 22-də Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Çinin "China Datang Overseas Investment Co." şirkəti arasında ölkəmizdə "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.

 

Sənədi İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və "China Datang Overseas Investment Co." şirkətinin baş meneceri Yuanlong Zhou imzalayıblar.

 

Sözügedən Sənaye Parkının yaradılmasının əsas məqsədi bərpa olunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdən ibarətdir.