Çində Azərbaycanın investisiya imkanları təqdim olunub
14 sentyabr,2026 16:31

Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2026”) çərçivəsində “Mərkəzi Asiya ölkələrinin investisiya imkanları üzrə işgüzar görüş” keçirilib.


Görüşdə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədr müavini Emil Hacıyev Azərbaycanın sənaye zonalarında yaradılmış əlverişli biznes mühiti, investorlar üçün təqdim olunan təşviqlər, investisiya imkanları barədə məlumat verib.


Tədbirdə Azərbaycanın sənaye zonalarının investisiya potensialı və xarici investorlarla əməkdaşlığın genişləndirilməsi imkanları diqqətə çatdırılıb.