An event was held on "Modern irrigation and farming technologies that save resources"
16 September,2023 11:29

“Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında Cənubi Qafqazda ilk dəfə olaraq müasir suvarma texnologiyası olan mobil və ya hibrid suvarma sistemlərindən istifadəyə başlanılıb. Bu texnologiyanın tətbiqi su itkisinin qarşısının alınmasında və suya qənaət edilməsində mühüm rol oynayacaq.

 

Şəmkir rayonunda “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda tədbir keçirilib. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), “Azərşəkər” MMC və “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, fermerlər və KİV nümayəndələri iştirak ediblər.


Tədbir iştirakçılarına “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri, həmçinin ən son suvarma texnologiyası olan mobil və ya hibrid suvarma sistemlərinin üstünlükləri barədə məlumat verilib, bu texnologiya ilə əkilmiş və müasir suvarma texnologiyaları ilə becərilən qarğıdalı sahəsinə və “Mzuri” əkin texnikası ilə aparılan arpa səpini işlərinə baxış keçirilib.


Diqqətə çatdırılıb ki, “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.


Qeyd edək ki, aqroparkın ümumi əkinə yararlı 4000 ha sahəsinin 1428.6 ha pivot, 17,2 ha sprinkler, 40 ha damlama olmaqla cəmi 1485.8 ha əkin aparılıb. Bu il aqroparkda 421.6 ha şəkər çuğunduru, 268 ha qarğıdalı, 55.7 ha soya, 341.6 ha arpa, 24,6 ha toxumluq xardal və 320 ha ərzaqlıq buğda əkinləri həyata keçirilib. Buğda üzrə orta məhsuldarlıq 5.4 ton olmaqla ümumilikdə 1732 ton, arpa üzrə orta məhsuldarlıq 5 ton olmaqla, ümumilikdə 1692 ton məhsul istehsal olunub. Soya üzrə məhsuldarlıq 2.1 ton olub.


Arpa biçinindən sonra 189 ha ərazidə təkrar qarğıdalı əkinləri aparılıb. Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.