- Ana Səhifə
- Media
- Xəbərlər
- Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib
Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib
22 iyun,2026 12:55
Hacıqabul Sənaye Parkı ölkəmizin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionlarda məşğulluğun artırılması istiqamətində mühüm rol oynayır.
Parkın prioritet fəaliyyət istiqamətləri avtomobil sənayesi, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması, emalı və konservləşdirilməsi, tikinti-inşaat materiallarının istehsalı, bərpa olunan enerji və maşınqayırma sahələrini əhatə edir.
Hazırda Hacıqabul Sənaye Parkında 14 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir.
Bu günədək Park üzrə 201,2 milyon manat investisiya portfeli formalaşıb, 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib. Satışın 10,3 milyon manatı ixracın payına düşür. Parkda həmçinin 576 daimi iş yeri yaradılıb.


