- Ana Səhifə
- Media
- Xəbərlər
- İZİA-nın İdarə Heyətinin sədri Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxış edib
5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın sənaye zonaları, investorlar üçün yaradılan əlverişli biznes mühiti və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil edilən “Azərbaycan-Özbəkistan azad və sənaye iqtisadi zonalarının potensialı” mövzusunda keçirilən sessiyada çıxış edib.
S. Adıgözəlov çıxışında Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları, investorlar üçün yaradılmış əlverişli biznes mühiti, tətbiq olunan vergi və gömrük güzəştləri, eləcə də sənaye zonalarında həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Həmçinin, Özbəkistanlı sahibkarlar Azərbaycanın sənaye zonalarında həyata keçirilən layihələrdə iştirak etməyə dəvət edilib.


