Ağdam Sənaye Parkında yeni rezident
16 avqust,2024 16:27

“LEDLINE” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının 1 hektar ərazisində led işıqların istehsalı müəssisəsi inşa ediləcək. Müəssisədə Çin və Türkiyə texnologiyası əsasında 3 növdə led işıqlar istehsal olunacaq.

 

İnvestisiya həcmi 4,5 milyon manat olan layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

 

Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.