Neftçala Sənaye Məhəlləsində istehsal 6 dəfədən çox artıb
3 iyun,2025 11:18

Neftçala Sənaye Məhəlləsində hazırda investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindən bugünədək görülən işlərə 50 milyon manata yaxın investisiya yatırılıb, 317 nəfərlik daimi iş yeri yaradılıb.

 

İndiyədək Neftaçala Sənaye Məhəlləsininin rezidentləri tərəfindən 228 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,4 milyon manatlıq hissəsi ixracın payına düşür.

 

2025-ci ilin I rübü ərzində Sənaye Məhəlləsində 17,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqyisədə 6,3 dəfədən çoxdur.