Özbəkistanın aparıcı media qurumlarının nümayəndələri Sumqayıt Sənaye Parkında olublar
3 oktyabr,2025 19:57

Özbəkistanın aparıcı media qurumlarının nümayəndələri İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olublar. Səfər çərçivəsində qonaqlara sənaye zonalarının ümumi fəaliyyəti, iş adamları üçün mövcud investisiya imkanları, həyata keçirilən biznes layihələri barədə məlumat verilib.


Sonda qonaqlar Sumqayıt Sənaye Parkında görülmüş işlərlə, Parkın rezidenti “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.