“Ağdam Süd” MMC-yə Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib
18 aprel,2023 14:10

Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən Sənaye Parkına 2,2 milyon manat investisiya yatırılacaq, 40 nəfər işlə təmin ediləcək.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında “Ağdam Süd” MMC-yə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 16-ya çatıb.

 

“Ağdam Süd” MMC tərəfindən Sənaye Parkının ərazisində müxtəlif növ süd məhsullarının istehsalı müəssisəsi yaradılacaq.

 

İnvestisiya dəyəri 2,2 milyon manat olan müəssisədə 40 nəfər işlə təmin ediləcək. Müəssisədə istehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.