Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Schwarz və Səfirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar.
Qonaqlara ölkəmizdə yaradılmış sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verilib, alman iş adamları fəal əməkdaşlığa, sənaye parklarına investisiya yatırmağa dəvət edilib. Nümayəndə heyəti “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi barədə də məlumatlandırılıb.
Görüşdə sənaye parklarının və Peşə Təhsil Mərkəzinin fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirilib.
Sonra nümayəndə heyəti Peşə Təhsil Mərkəzi, həmçinin tələbələrin təcrübi dərslər keçdiyi Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin Polad boru və Texniki avadanlıqlar zavodu ilə tanış olublar.