- Ana Səhifə
- Media
- Xəbərlər
- “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarlarının yaradılması məsələsi müzakirə edilib
Aprelin 22-də İqisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarlarının yaradılması məsələsinin müzakirəsi ilə bağlı videoformatda görüş keçirilib.
Görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası” İctimai Birliyinin əməkdaşları, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən xarici şirkətlərin ölkəmizdəki təmsilçiləri iştirak ediblər.
Onlayn tədbirdə logistik imkanlar baxımından əlverişli mövqedə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında məlumat verilib, Sənaye Parkında gömrük anbarlarının yaradılması məsələsi müzakirə edilib, birgə işçi qrupun təşkili və fəaliyyət planının hazırlanması qərara alınıb.