"AzerFloat" QSC-də işlər tamamlanmaq üzrədir
28 fevral,2020 17:07

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "AzerFloat" QSC-nin Şüşə İstehsalı Zavodunda tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.

 

12 hektar ərazidə yerləşən zavod Azərbaycanda termoformalaşdırılmış şüşə istehsalı üzrə ilk müəssisə olacaq.

 

Zavodun 2020-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur və istehsal olunacaq məhsullar daxili təlabatı ödəməklə yanaşı, xarici ölklərə də ixrac olunacaq.