Ağdam Sənaye Parkının yeni rezidenti “BAFCO İnvest” MMC tərəfindən Sənaye Parkına 10 milyon manat həcmində investisiyanın yatırılması ilə 120 nəfərlik yeni iş yeri yaradılacaq.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında “BAFCO İnvest” MMC-yə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb.
“BAFCO İnvest” MMC Ağdam Sənaye Parkının 1,3 hektar ərazisində müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı layihəsini həyata keçirəcək.
İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 120 nəfər işlə təmin ediləcək. Müəssisənin illik gücü 500 min cüt ayaqqabı istehsalı təşkil edir. İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.