Bakı Gəmiqayırma Zavodunda işlər uğurla davam etdirilir
12 mart,2020 12:57

Qaradağ Sənaye Parkının rezidenti olan Bakı Gəmiqayırma Zavodunda işlər uğurla davam etdirilir.

 

Belə ki, hazırda Zavodda 3 ədəd Tanker və 2 ədəd Ro Pax tipli gəmilərin tikintisi aparılır. Cari ilin sonlarında 1 ədəd tanker və 1 ədəd Ro Pax tipli gəminin istifadəyə verilməsi nəzərdə tutulub. Digər Ro Pax və Tanker tipli gəmilərin tikintisinin 2021-ci ildə sona çatdırılması planlaşdırılıb.

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il yanvarın 15-də imzaladığı Sərəncama əsasən Xoşbəxt Yusifzadənin adı verilən tanker tipli gəmidə isə işlər 2021-ci ilin birinci rübündə sona çatdırılacaq.

 

Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodu 26 avqust 2015-ci il tarixində Qaradağ Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.