Beynəlxalq Biznes Forumunun bir qrup iştirakçısı Sumqayıt Kimya Sənaye Parkında olub
17 noyabr,2021 16:56

Bakıda keçirilmiş 25-ci Beynəlxalq Biznes Forumunun bir qrup iştirakçısı noyabrın 16-da İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə işgüzar səfər ediblər. 30-dan çox türk və ərəb iş adamının iştirak ediyi səfərin məqsədi STP şirkətlər qrupunun fəaliyyəti istiqamətləri ilə tanış olmaqdır.

 

Səfər çərçivəsində iş adamları Polimer məmulatları, Elektrik avadanlıqları, Alüminium, Kabel, Sendviç panelləri zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.

 

İş adamlarına sözügedən müəssisələrdə istehsal olunan məhsullar barədə məlumat verilib və ixrac imkanlarına dair müzakirələr aparılıb.

 

Eyni zamanda iş adamları ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, tətbiq edilən vergi və gömrük güzəştləri haqqında məlumatlandırılıb və iş adamları sənaye parklarında mövcud biznes mühitindən yaralanmağa dəvət edilib.