Bu gün şəhid əməkdaşımızın doğum günüdür
25 fevral,2022 15:54

Bu gün Vətən müharibəsi şəhidi Asəf Nəsibovun doğum günüdür. Yaşasaydı Asəfin bu gün 28 yaşı tamam olacaqdı.

 

İqtisadiyyat Nazirliyinin kollektivi Qazax rayonunda şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb. Şəhidin ailəsi ilə görüşüblər və onların qayğıları ilə maraqlanıblar.

 

Eyni zamanda Asəf Nəsibovun Peşə Təhsil Mərkəzində yerləşən stendi ziyarət edlib, gül dəstələri düzülüb.

 

Qəhrəmanımız Asəf Səfəralı oğlu Nəsibov 1994-cü il fevralın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub.  

 

Könüllü olaraq cəbhəyə getmək üçün müraciət edən A.Nəsibov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

A.Nəsibov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə, “Laçının azad olunmasına görə” “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.