Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edir
28 aprel,2023 16:02

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Assan-STP Panel” MMC Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən 27-ci Beynəlxalq İnşaat və Dizayn Sərgisində ("Caucasus Build 2023") öz stendi ilə təmsil olunur.

 

Sərgidə şirkətin istehsal etdiyi dam və divar sendviç panellər və s. məhsullar “Made İn Azerbaijan” brendi ilə nümayiş etdirilir. Sərgiyə aprelin 30-da yekun vurulacaq.

 

"Caucasus Build 2023" sərgisində 10-dan çox ölkədən 100-ə yaxın şirkət iştirak edir.