Fransa səfiri Sumqayıt Kimya Sənaye Parkında
25 fevral,2020 13:32

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros və Səfirliyin bir qrup əməkdaşı Sumqayıt Kimya Sənaye Parkında olub.

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda  biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib.

 

Sonra sənaye parklarının fəaliyyəti barədə video-təqdimat keçirilib.

 

Fransa səfiri Zakari Qros və Səfirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlər, Parkın rezidenti “SOCAR Polymer” MMC-nin Polipropilen və Yüksək sıxlıqlı polietilen müəssisələrində istehsal prosesi, Sənaye Parkında yaradılan Peşə Tədris Mərkəzi ilə tanış olublar.