Hacıqabul Sənaye Məhəlləsində “Chevrolet” markalı avtomobilin yeni növlərinin istehsalına başlanılıb
29 dekabr,2021 17:48

Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC-nin avtomobil istehsalı zavodunda “Chevrolet” avtomobillərinin “Damas”, “Labo”, “Lacetti”, “Tracker” və “Malibu” modellərinin yığılmasına başlanılıb. Bu ilin sentyabrından müəssisədə həmçinin, “Chevrolet”in “Nexia” və “Cobalt” modellərinin yığımı həyata keçirilir.

 

2022-ci ilin sonunadək zavodun illik istehsal gücünün 5000 avtomobilə çatdırılması nəzərdə tutulur. Müəssisədə istehsal edilən avtomobillər daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.

 

Qeyd: Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur qurulub, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrinə olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq var.