“İnnovasiya və daxili sahibkarlıq” mövzusunda təlim keçirilib
6 mart,2020 09:46

Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında keçirilən təlimdə İqtisadiyyat Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Texniki, Dövlət Neft və Sənaye, Bakı Mühəndislik universitetlərinin, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri olan müəssisələrin  əməkdaşları iştirak ediblər.

 

Orta Doğu Texniki Universitetinin mütəxəssisi professor Ufuk Batum tərəfindən keçirilən təlimdə iştirakçılara innovasiya sahibkarlığının təşkili istiqamətləri, startaplarla işləmə metodologiyası, innovasiya ekosisteminin qurulması barədə ətraflı məlumat verilib.

 

2 gün davam edən təlimdə “Buzları qırmaq təlimi”, “İnnovasiya ekosisteminin başa düşülməsi”, “Sahibkarlıq dövrü”, “Biznes modelləşdirmə və biznes plan” və s. mövzular üzrə məruzələr dinlənilib, iştirakçılara sertifikatlar təqdim olunub.