İqtisadi Zonaların İnkişafı Agentliyi 2021-ci il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması üzrə kotirovka sorğusu elan edir
17 mart,2022 16:45

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi 2021-ci il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması üzrə kotirovka sorğusu elan edir.

 

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və kotirovka haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovkada iştirak etmək istəyənlər kotirovka sorğusu şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün elektron ödəniş sistemi vasitəsilə keçirilən satınalmaya uyğun müəyyən edilmiş iştirak haqqını internet portalı vasitəsilə ödəyir.

 

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • İddiaçının tam adı, təşkilati hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri və ya sistemdən çıxarış;

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

  • İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanına təqdim edilmiş maliyyə hesabatının surəti;

  • İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);

  • Azərbaycan Respublikasında ən azı 10 il daimi fəaliyyətə və müvafiq iş təcrübəsinə malik olması;

  • Azərbaycan Respublikasının iri dövlət qurumlarının maliyyə auditinin keçirilməsində, habelə  dövlət büdcəsindən maliyyələşən təşkilatlarla əməkdaşlıq sahəsində təcrübəyə malik olması;

  • Beynəlxalq səviyyədə tanınmış və reytinq cədvəlində boyük 10-luqda yer alan audit qrupuna üzv olması;

  • Şirkətin əmək müqaviləsi əsasında çalışan işçi heyəti barədə siyahı üzrə arayış;

  • İşçi heyəti, eləcə də müvafiq sahədə peşəkarlığı olan işçi heyəti barədə məlumatın verilməsi, onların peşəkarlığını təsdiq edən sertifikat, diplom və digər təsdiqedici sənədlərin surətinin  təqdim edilməsi, maliyyə hesabatlarının auditində iştirak edəcək işçi heyətinin tərkibinə ən az 3 ACCA və/və ya CPA kvalifikasiya proqramlarına daxil olan bütün imtahanları uğurla tamamlamış və sertifikatlara sahib olan peşəkar auditorların daxil edilməsi;

  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə təcrübə;

  • Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olmaları ilə bağlı məlumat;

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri və qiymət təklifini 7 aprel 2022-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 8 aprel 2022-ci il saat 12:00-da açılacaqdır.

 

QEYD: Kotirovka sorğusunda iştirak, qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.