İqtisadi Zonaların İnkişafı Agentliyi əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması üzrə açıq tender elan edir
12 may,2022 17:59

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi Sumqayıt Kimya Sənaye Parkının 167,66 hektar, 127,96 hektar, Pirallahı Sənaye Parkının 30 hektar, “Azəralüminium” ASC-nin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi 1 ünvanında yerləşən 67,35 hektar və Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8,05 hektar (3,92 hektar və 4,13 hektar), həmçinin Neftçala, Hacıqabul, Sabirabad və Masallı sənaye məhəllələrində, həmçinin Agentliyin Nəsimi rayonu, Bülbül prospekti 20 ünvanında yerləşən inzibati binasının (axşam saat 18:00-dan səhər saat 09:00-a dək) 2022-ci il üçün əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması üzrə açıq tender elan edir.

 

Açıq Tender iştirakçılarına təklif edilir ki, (https://www.etender.gov.az/) - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün açıq tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər tender şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün elektron ödəniş sistemi vasitəsilə keçirilən satınalmaya uyğun müəyyən edilmiş iştirak haqqını internet portalı vasitəsilə ödəyir.

 

İddiaçılar açıq tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri və ya sistemdən çıxarış.
  • Satınalma predmeti üzrə fəaliyyətin həyata keçirilməsinə dair lisenziyanın surəti;
  • Qiymət təklifi 30 bank günü qüvvədə olmalı;
  • Qiymət təklifi dəyərinin 1%-i həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddəti bitdikdən sonra 30 bank günü);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İşçi heyəti haqqında, o cümlədən, müvafiq sahədə peşəkarlığı olan işçi heyəti barədə məlumat;
  • Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olmaları ilə bağlı məlumat;
  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);

İddiaçılar açıq tenderdə iştirak etmək üçün sənədləri 2 iyun 2022-ci il saat 12:00-a qədər, qiymət təklifini 10 iyun 2022-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 13 iyun 2022-ci il saat 12:00-da açılacaqdır.

 

QEYD: Kotirovka sorğusunda iştirak, qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.