İqtisadi Zonaların İnkişafı Agentliyi xidməti minik avtomobillərinə servis və texniki xidmətlərin göstərilməsinin satın alınması üzrə kotirovka sorğusu elan edir
22 fevral,2022 17:52

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi balansda olan xidməti minik avtomobillərinə servis və texniki xidmətlərin göstərilməsinin satın alınması üzrə kotirovka sorğusu elan edir.

 

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, (https://www.etender.gov.az/) - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və kotirovka haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovkada iştirak etmək istəyənlər kotirovka sorğusu şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün elektron ödəniş sistemi vasitəsilə keçirilən satınalmaya uyğun müəyyən edilmiş iştirak haqqını internet portalı vasitəsilə ödəyir.

 

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri və ya sistemdən çıxarış.
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olmaları ilə bağlı məlumat;
  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri və qiymət təklifini 14 mart 2022-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 15 mart 2022-ci il saat 12:00-da açılacaqdır.

 

QEYD: Kotirovka sorğusunda iştirak, qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.