- Ana Səhifə
- Media
- Xəbərlər
- İZİA İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan sərgidə təmsil olunur
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan sərgidə təmsil olunur.
Sərgi çərçivəsində İZİA-nın stendində ziyarətçilərə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, investorlar üçün yaradılan əlverişli imkanlar, tətbiq olunan güzəştlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat təqdim edilir.
Sərgi iştirakçıları sənaye zonalarının inkişafı, istehsal potensialı və investisiya imkanları ilə yaxından tanış olur, Agentliyin fəaliyyəti yerli və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır.
Tədbir çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr sənaye zonalarının investisiya cəlbediciliyinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
İyunun 19-dək davam edəcək İİB Qrupunun 51-ci İllik Toplantıları iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının təşviqi və dayanıqlı inkişaf məqsədlərinin dəstəklənməsi istiqamətində mühüm beynəlxalq platforma rolunu oynayır.


