- Ana Səhifə
- Media
- Elanlar
- İZİA tərəfindən elektrik və komunikasiya xidmətlərinin göstərilməsi üçün mal-material və avadanlıqların satın alınması üçün təkliflər sorğusu keçirilir
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən sənaye parkları və sənaye məhəllələrində rezidentlərin fəaliyyətinin təmin olunması üçün mövcud infrastrukturun gündəlik və əsaslı təmir işləri, eyni zamanda baş verə biləcək qəzaların operativ və dərhal aradan qaldırılması məqsədi ilə elektrik və komunikasiya xidmətlərinin göstərilməsi üçün mal-material və avadanlıqların satın alınması üçün təkliflər sorğusu keçirir.
Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş təkliflər sorğusu şərtlərini İqtisadi Zonaların İnkişafı Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 20 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Elşən Məmmədzadə (telefon: 012-599-67-67)
İştirak haqqı: 600 manat
H/h: AZ65PAHA38090AZNHC0190006581
VÖEN: 2902478331
Bank: “PAŞA Bank” ASC
Bankın VÖEN-i: 1700767721
Bankın kodu: 505141
SWİFT: PAHAAZ22
M/h: AZ82NABZ01350100000000071944
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Təkliflər sorğusunda iştirak etmək üçün müraciət (iştirak üçün müraciət ərizəsi iddiaçı tərəfindən rəsmi blankda yazılaraq imzalanır və möhürlənir);
- İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri və ya sistemdən çıxarış;
- Qiymət təklifi 30 bank günü qüvvədə olmalı;
- Qiymət təklifi dəyərinin 1%-i həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddəti bitdikdən sonra 30 bank günü qüvvədə qalmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (sənədin vergi orqanları tərəfindən təqdimetmə tarixi bildirişin yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır);
- İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olmaları ilə bağlı məlumat;
- Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
- “Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması” meyarı üzrə - “Yüklülük barədə” müvafiq vergi orqanından arayış (sənədin vergi orqanları tərəfindən təqdimetmə tarixi bildirişin yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır);
- “Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” meyarı üzrə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayışın orijinalı.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).
Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 6 yanvar 2023-ci il saat 18:00-dək İqtisadi Zonaların İnkişafı Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 20 ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 9 yanvar 2023-ci il, saat 12:00-da Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 20 ünvanında yerləşən ofisində, iclas zalında açılacaqdır.
Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.