Özbək iş adamları ilə görüşlər keçirilib
16 dekabr,2021 16:16

İqtisadi Zonaların İnkişafı Agentliyinin əməkdaşları dekabrın 15-17-si tarixlərində Bakıda keçirilən "Made İn Uzbekistan" Milli sərgisində iştirak ediblər.

 

Sərgi çərçivəsində Özbəkistanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.

 

İkitərəfli görüşlərdə özbək iş adamlarına Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları, buarada sahibkarlar üçün yaradılmış əlverişli şərait, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib. İş adamları sənaye zonalarında mövcud imkanlardan yararlanmağa dəvət edilib.