Özbəkistan nümayəndə heyəti ilə sənaye zonalarına investisiya yatırılması imkanları müzakirə edilib
20 iyun,2022 18:12

Özbəkistanın Ticarət və Sənaye Palatasının sədr müavini Farkhodjon Toshpulatov və özbək iş adamlarından ibarət nümayəndə heyəti iyunun 20-də Sumqayıt Kimya Sənaye Parkında olublar.

 

Qonaqlara ölkədə mövcud sənaye zonaları, burada mövcud investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

 

Görüş çərçivəsində sənaye zonalarında fəaliyyət göstərən rezidentlərlə əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və s. məsələlər müzakirə edilib.

 

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti "Azerfloat" QSC-nin Şüşə istehsalı müəssisəsində gedən istehsal prosesi ilə tanış olublar.