Peşə Təhsil Mərkəzinin tələbələri intellektual bilik yarışında birinci yeri qazanıblar
3 mart,2022 15:50

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən peşə təhsil müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışının final mərhələsi keçirilib. Sumqayıt Gənclər Evində təşkil edilən yarışmada 9 komanda iştirak edib.

 

İntellektual oyunda tələbələr peşə fəaliyyətinə və ümumi dünyagörüşünə dair sualları cavablandırıblar.

 

3 turdan ibarət olan yarışmada İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzini təmsil edən “Dəmir Yumruq” komandası I yerə layiq görülüb.

 

Sonda qalib komandaya fəxri fərman və kubok təqdim edilib.