"Peşə təhsili sahəsində planlaşdırılma işlərinin həyata keçirilməsi layihəsi" üzrə təlim keçirilib
24 yanvar,2022 19:34

Yanvarın 24-də Sumqayıt Kimya Sənaye Parkında Baden-Württemberg İqtisadiyyat Təhsil Mərkəzinin (BIWE) - Peşə Təhsili üzrə Dövlət Agentliyinin - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin - İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı çərçivəsində "Peşə təhsili sahəsində planlaşdırılma işlərinin həyata keçirilməsi layihəsi" üzrə təlim keçirilib.

 

"Planlaşdırma alətlərinin izahı", "Arzuolunan nəticələrin əldə edilməsi üçün fəaliyyətlərin birləşdirilməsi" mövzularında təşkil edilən təlim Almaniyanın Baden-Württemberg İqtisadiyyat Təhsil Mərkəzinin (BIWE) mütəxəssislər tərəfindən keçirilib.

 

Təlimin keçirilməsinin əsas məqsədi gələcəkdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və İZİA-nın nəzdində Peşə Təhsil Mərkəzinin təşkilatı və kadr potensialının gücləndirilməsi, Almaniya təcrübəsinə əsaslanan ikili peşə təhsili sistemini tətbiq etməklə müvafiq dövlət və özəl qurumların imkanlarının artırılması, peşə təhsil müəssisələrinin texnoloji inkişaf və sənaye 4.0 istiqamətində struktur dəyişikliyinin dəstəklənməsidir.

 

Təlim çərçivəsində iştirakçılara sənaye parklarının və İZİA-nın nəzdində Peşə Təhsil Mərkəzinin təqdimatı göstərilib.

 

Daha sonra təlim iştirakçıları Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.