2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə (sənaye parklarında 23, sənaye məhəllələrində 5) rezident statusu verilib. Qeydiyyata alınmış rezidentlər tərəfindən ümumilikdə 171 milyon manat investisiyanın yatırılması, 2400-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Bu rezidentlər tərəfindən sənaye zonalarında Havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, Dam örtüklərin, Müxtəlif çeşiddə sintetik xalçaların, Prefabrik dəmir-beton məmulatların, Uniforma, xüsusi və fərdi geyimlərin, Avtomatlaşdırma və telemexanika sistemlərin, Divar kağızların, Müxtəlif növ dəmir məmulatların, Yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillərin, Elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, müxtəlif tikinti kimyəvilərin, elektrik avtomat və sayğacların, Yumşaq polimer qablaşdırma məhsulların və s. istehsalı layihələri həyata keçiriləcək.
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Hacıqabul, Masallı, Neftçala və Sabirabad sənaye məhəllələri), 51 aqroparkın və Peşə Təhsil Mərkəzinin idarəedici təşkilatıdır.