SKSP-da istehsal olunan məhsullar Qarabağda bir çox layihələrin icrasında istifadə edilir
15 dekabr,2021 19:10

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn” MMC tərəfindən istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quraşdırma və bərpa işlərində geniş istifadə olunur.

 

Belə ki, şirkət tərəfindən hazırlanan quyu qapaqları, siyirtmələr, yağış su barmaqlıqları, su trapı, hidrantlar, metal hasar, qofralı boru, HDPE boru və s. kimi məhsullar demək olar ki, işğaldan azad edilmiş bütün ərazilərdə həyata keçirilən müxtəlif təyinatlı layihələrin icrasında tətbiq edilir.

 

Qeyd edək ki, “Azertexnolayn” MMC 2013-cü ildə fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – Polad boru zavodu, Polietilen məmulatları zavodu və Texniki avadanlıqlar zavodu fəaliyyət göstərir.