SKSP-nin rezidenti tibb müəssisələrinin oksigen qazı ilə təmin edilməsində mühüm rol oynayır
9 sentyabr,2021 16:34

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri - “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsi insanların tibbi maskaya olan tələbatının ödənilməsində, “STP” MMC-nin törəmə şirkətinə məxsus Texniki qazlar zavodu isə virusa yoluxan və ağciyərlərin süni ventilyası aparatına qoşulmuş xəsətlərin oksigen qazı ilə təmin edilməsində mühüm rol oynayırlar. Belə ki, Texniki qazlar zavodu Pandemiya dövründə respublikanın bir çox şəhər və rayon xəstəxanalarının oksigen qazı ilə təminatını həyata keçirib.

 

Zavod tərəfindən 2020-ci ildə pandemiya ilə əlaqədar xəstəxanalara 352384,3 m3 (təxminən 56 min ədəd balon), cari ilin sentyabr ayınadək 439993,4 m3 (təxminən 70 min ədəd balon) oksigen qazı göndərilib.

 

Bundan başqa, son zamanlarda Gürcüstana 26 ton maye oksigen yardımı həyata keçirilib.

 

Qeyd edək ki, “STP” MMC 2017-ci ilin noyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 2021-ci ilin I yarısında şirkət tərəfindən 37,3 milyon manatlıq satış həyata keçirilib və bunun 5,7 milyon manatlıq hissəsi, yəni 15%-i ixrac edilib.