- Ana Səhifə
- Media
- Xəbərlər
- SKSP-nin rezidenti “UPI - Universal Packing İndustry” QSC-də son tamamlama işləri görülür
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “UPI - Universal Packing İndustry” QSC-nin Qablaşdırma məhsullarının (qofro karton, fayl və s.) istehsalı müəssisəsində son tamamlama işləri görülür.
Müəssisənin investisiya dəyəri 4,25 milyon manatdır. Layihə üzrə indiyədək görülən işlərə artıq 4,1 milyon manat sərmayə qoyulub və işlərin əsas hissəsi (təqribən 80 faizi) tamamlanıb.
İtaliya və Çin texnologiyalarının tətbiq olunacağı müəssisədə 20 çeşiddə məhsul istehsal ediləcək.
Müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 80 nəfərə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “UPI - Universal Packing İndustry” QSC-yə 2019-cu ilin sentyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib və müəssisənin 2023-cü ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.