"STP" MMC və SOCAR birgə müəssisə yaradır
20 fevral,2020 14:11

Fevralın 19-da SOCAR və Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC arasında birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.

 

Birgə yaradılacaq yeni müəssisə MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edəcək.

 

Müəssisənin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarət olacaq.