“Sumqayıt Kimya Sənaye Parkı” MMC mebel avadanlıqlarının satın alınması üçün kotirovka sorğusu keçirir
18 dekabr,2020 14:04

“Sumqayıt Kimya Sənaye Parkı” MMC mebel avadanlıqlarının satın alınması üçün kotirovka sorğusu keçirir.

 

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)

 

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Kotirovka sorğusunda iştirak etmək üçün müraciət;
  • İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri.
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
  • Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır). 

 

Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

 

İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 22 dekabr  2020-ci il saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 23 dekabr 2020-ci il, saat 12:00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisində, iclas zalında açılacaqdır.

 

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Mebel avadanlıqlarının siyahısı

 

S/s

Malın adı

Ölçü vahidi

Sayı

1

Rəhbər dəsti: Yazı masası  200*77*80, telefon altı 100*73*45, ön masa 100*73*65, konteyner 60*40*45 paltar dolabı 184*60*45, sənəd dolabı 184*120*45                                     

dəst

1

2

TV altı 160*80*45                                  

ədəd

1

3

Rəhbər dəsti: Yazı masası 160*77*70, telefon altı 85*77*45, ön masa 90*73*60, paltar dolabı 184*56*45, 2 ədəd sənəd dolabı 184*67*45                                    

dəst

1

4

Müdir kürsüsü                                   

ədəd

4

5

Müsafir kürsüsü                                 

ədəd

7

6

Rəhbər dəsti: Yazı masası 180*77*80, telefon altı 85*77*45, ön masa 90*73*60, paltar dolabı 190*55*45, 2 ədəd sənəd dolabı 190*72*45             

dəst

1

7

Kreslo sektor müdiri                        

ədəd

3

8

Rəhbər dəsti: Yazı masası  200*77*90, telefon altı 110*77*45, ön masa 100*77*60, konteyner 60*40*45 paltar dolabı 190*55*45, sənəd dolabı 190*72*45                                    

ədəd

1

9

Rəhbər dəsti: Yazı masası 180*77*80, telefon altı 85*77*45, ön masa 90*73*60, konteyner 60*40*45, paltar dolabı 190*60*45, sənəd dolabı 190*80*45                                   

ədəd

1

10

TV altı 170*80*45                        

ədəd

1

11

Kamod 70*77*40                                   

ədəd

1

12

Paltar dolabı 45*80*190

ədəd

2

13

Kitab dolabı 45*80*190

ədəd

5

14

İşçi kreslo                                      

ədəd

18