“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində və Sənaye Parkında daxili və xarici dizayn-tərtibat işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib
21 sentyabr,2020 15:11

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində və Sənaye Parkında daxili və xarici dizayn-tərtibat işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.

 

Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının 14 sentyabr 2020-ci il tarixli qərarına əsasən, “Reklamda Özünü Tənzimləmə Agentliyi” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.