“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən 2020-ci il üzrə poçt xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu keçirilir
14 noyabr,2019 11:50

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci il üzrə poçt xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir.

 

Müraciət edənin müvafiq təcrübəyə malik olması xüsusi nəzərə alınacaqdır. Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) və digər zəruri sənədlər 20 noyabr 2019-cu il saat 13:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə təqdim edilməlidir.

 

Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon:012-488-80-65). Zərflər 20 noyabr 2019-cu il saat 15:00-da həmin ünvanda açılacaqdır.

 

Maraqlananlar müvafiq məlumatları “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirçi Tower” ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə və ya www.scip.az saytından əldə edə bilərlər.