“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən 2022-ci il üzrə poçt xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu keçirilir
15 dekabr,2021 10:53

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə poçt xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir.

 

Müraciət edənin müvafiq təcrübəyə malik olması xüsusi nəzərə alınacaqdır. Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) və digər zəruri sənədlər 29 dekabr 2021-ci il saat 13:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə təqdim edilməlidir. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65). Zərflər 29 dekabr 2021-ci il saat 15:00-da həmin ünvanda açılacaqdır.

 

Maraqlananlar müvafiq məlumatları “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirçi Tower” ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə və ya www.scip.az saytından əldə edə bilərlər.

 

Sıra               №-si

Malların adı

Sifarişlərin sayı

1

Zona 1
(mərkəzdən 5 km qədər məsafə)

70

2

Zona 2
(mərkəzdən 10 km qədər məsafə)

720

3

Zona 3
(mərkəzdən 25 km qədər məsafə)

90

4

Zona 4
(mərkəzdən 50 km qədər məsafə)

500

5

Zona 5
(respublikanın şəhər və rayonları)

36